"Həkim dedi ki, şikayətini geri götürməsən, meyitləri verməyəcəm" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

"Həkim dedi ki, şikayətini geri götürməsən, meyitləri verməyəcəm" – VİDEO

"Həkim dedi ki, şikayətini geri götürməsən, meyitləri verməyəcəm"

"Dedim ki, uşaq qusur, öləcəklər" "Dedi ki, get işıq idarəsinə zəng et, bizlik deyil"
Salyanda xəstəxanada yeni dünyaya gələn üçəmlərdən ikisinin ölməsi və bunun elektrik enerjisinin kəsilməsi ilə əlaqələndirilməsi ölkə gündəmini zəbt edib. Bunu səbəb kimi gətirənlərə Səhiyyə Nazirliyi informasiyanın yalan və işığın kəsilməsi ilə heç bir əlaqəsi olmadığıni açıqlayıb.

Hadisə Salyan Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Salyan şəhəri, Həsən Məmmədov küçəsi ev 6-da yaşayan 21 yaşlı Mirzabitə Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə gətirilib. Axşam saat 22:15 radələrində ana hər biri oğlan olmaqla üçəm körpə dünyaya gətirib. Aralarında 5 dəqiqə vaxtla keçən doğuş normal başa çatıb. Yaxınlarının iddia etdiklərinə görə, uşaqlar dünyaya gəldikdən 30 dəqiqə sonra işıqlar söndürülüb. O vaxta kimi körpələrin səhhətində heç bir problem olmayıb. İşıqlar söndürüldükdən sonra doğuş şəbəsində generatorlar yandırılmadığından üçəm uşaqlardan ikisi hava çatışmazlığından küveyzdə boğularaq ölüb. Bunu ölən körpələrin doğmaları deyir.

Şəlalə Abdullayeva - körpələrin nənəsi: “Tibb bacısına dedim ki, bu uşaq qusur. Uşaqlar öləcək. Dedi ki, get işıq idarəsinə zəng et, bizlik deyil. Məndə gecə vaxtı işıq idarəsinin nömrəsini haradan tapım axı. Bəs işıq yoxdursa, xəstəxanada generator niyə yoxdur?”

Ölən körpələrin yaxınlarının dediyinə görə, işıqlar sönsə belə generatorlardan istifadə edilməklə vəziyyətdən çıxmaq olardı. Lakin ötən gecə generator yandırılmayıb, hətta doğum şöbəsində onlara məhəl qoyan olmayıb.

Şəlalə Abdullayeva - körpələrin nənəsi: “İradə həkim mənə deyir ki, sənin nəvələrinin ölüsünü vermirəm. Soruşanda ki, nəyə görə vermirsən, deyir ki, sən şikayətini çəkməmiş mən sənə uşaqların meyitlərin verməyəcəm. Mən uşaqları aparıb basdıra bilmirəm.”


Məsələyə aydınlıq gətirmək üçün Salyan Mərkəzi Xəstəxanasının doğum şöbəsində olduq. Şöbə müdiri İradə Səlimova kamera qarşısında müsahibə verməkdən imtina etdi. Şifahi olaraq bildirildi ki, körpələr dünyaya gələn zaman səhhətlərində problem olub. İki körpə işıqlar sönməmişdən əvvəl dünyasını dəyişib. Digərinin isə vəziyyəti ağır olaraq qalır.

Bildirək ki, məsələyə Səhiyyə Nazirliyindən də münasibət bildirilib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, 31 həftəlik hamiləlikdən dünyaya gələn üçəmlərin çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 01:00 da, digəri isə 01:10-da vəfat edib. Onun sözlərinə görə, rayonda işıqlar 01:30-da sönüb. Elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyatı olmadığını deyən Səfayə Əhmədova həmçinin qeyd edib ki, xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var. Hansı tərəfin haqlı olub-olmadığı rayon prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.

Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə müvafiq yoxlamalar aparılır.

Eyni zamanda cinayət işi üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv istintaq tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq aidiyyəti şəxslərin əməllərinə (hərəkət və ya hərəkətsizliyinə) hüquqi qiymət veriləcək.
(Region TV)

Mənbə: bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *