Bakıda zibillikdə yeni doğulmuş körpə tapılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakıda zibillikdə yeni doğulmuş körpə tapılıb

Bakıda zibillikdə yeni doğulmuş körpə tapılıb


Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb.

Aznews.info Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısında qeydə alınıb.

Belə ki, binanın qarşısındakı məişət tullantıları qutusunda Mənzil Komunal İstismar Sahəsinin əməkdaşları körpəyə rast gəliblər. Onun qız olduğu müəyyən olunub. Körpə aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Daha sonra o, “Təcili yardım” maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Məlum olub ki, körpənin göbəyi də kəsilməyib, o, birgünlükdür. Hazırda körpə institutun reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *