Bakıda ailəni avtomobil vurdu: 6 aylıq körpə ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto

Bakıda ailəni avtomobil vurdu: 6 aylıq körpə ölüb

Bakıda ailəni avtomobil vurdu: 6 aylıq körpə ölüb


AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Bağırov Əbdulbağır Zərbi oğlu, Bağırova Günel Məzahir qızı və onun qucağındakı övladı 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlunu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb.

Onların üçü də xəstəxanaya çatdırılıb. Ə.Bağırov və G.Bağırova xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib. X.Bağırovun isə hadisə yerində öldüyü müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *