Yolu keçmək istəyən 15 yaşlı qızı avtomobil vurdu
Bu gün axşam saat 18 radələrində Gəncə şəhərində piyadanın vurulmasıyla nəticələnən yol qəza hadisəsi baş verib.
Oxu.Az Kəpəz TV-yə istinadən xəbər verir ki,Yolu keçmək istəyən şəhər sakini 15 yaşlı Nərmin Hüseynova avtomobilin zərbəsinə tuş gəlib.
Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətinin stabil olduğunu bildirir.
Nəırmin Hüseynovanı vuran avtomobilin müəyyən edilib saxlanılması istiqamətində əməyyat axtarış tədbirləri həyata keçirilir.
Mənbə:> Oxu.az