Onları helikopter axtarır
Xəzər dənizində itkin düşmüş 2 nəfər balıqçının axtarışları davam etdirilir.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, fevralın 12-də Lənkəran rayonu, Nərimanabad kəndi ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış 2 nəfər balıqçının axtarışları davam etdirilir.
Axtarışlara nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasediciləri və aviasiya dəstəsinin helikopteri cəlb olunub.
Xatırladaq ki, Lənkəran rayonunun Nərimanabad kəndi ərazisindən 2 nəfər balıqçı fevralın 12-də balıq tutmaq məqsədilə dənizə çıxıb və geri qayıtmayıb.
Mənbə:> ANSPRESS