Bakıda lazımsız piyada keçidləri var – VİDEO
İki yeraltı keçidin olmasına baxmayaraq, yolun üzərinə də piyada zolağı çəkilib.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət “Əhmədli” metro stansiyasının yaxınlığındakı piyada keçidindən gedir.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, metronun iki yeraltı keçidinin ortasında belə bir yerüstü zolağın qoyulmasının heç bir məntiqi əsası yoxdur. Mütəxəssisin fikrincə, əslində, hərəkətin intensiv olduğu yolda belə bir yerüstü zolağın olması piyadaların həyatı üçün təhlükə, sürücülər üçün isə əlavə məsuliyyətə səbəb ola bilər.
Onu da qeyd edək ki, belə bir piyada zolağı “İnşaatçılar” metro stansiyasının üzərində də vardı. Ancaq bu zolaq silindiyindən həmin ərazidə normal hərəkət bərpa olunub.
Mənbə:> Oxu.az