Türkiyədə 1656 nəfər sosial şəbəkə istifadəçisi həbs edilib
Son altı ay ərzində Türkiyədə 1656 nəfər sosial şəbəkə istifadəçisi həbs edilib.
Virtualaz.org “Associated Press” agentliyinə istinadən xəbər verir ki, həbs edilənlər rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələrdən istifadə edənlər, yaxud sosial şəbəkələrdə terror təşkilatlarını dəstəkləyənlərdir.
Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hazırda 3700-ə yaxın şübhəli şəxs barəsində istintaq hərəkətləri davam etdirilir. Ümumilikdə, 10 minə yaxın sosial şəbəkə istifadəçisi hüquq-mühafizə orqanları tərəfindən dindirilib.
Mənbə:> Virtualaz.org