Bu yağdan istifadə edənlərin – NƏZƏRİNƏ
“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Kubanskaya semeçka” yağının ekspertizasını keçirib.
Qafqazinfo xəbər verir ki, qurumun sədri Eyyub Hüseynovun sözlərinə görə, buna səbəb istehlakçılardan daxil olan telefon zəngləri və AİİB-ə ərizə ilə müraciət etmiş Bakı şəhəri sakini S.Məmmədovanın şikayət ərizəsidir. Vətəndaşların qaldırdığı məsələyə aydınlıq gətirmək üçün marketlərdə satılan 1 litrlik “Kubanskaya semeçka” bitki yağının akkreditasiya olunmuş laboratoriyada laborator müayinəsini aparılıb.
Məqsəd bu yağların həqiqətən etiketində yazıldığı kimi “qarğıdalı yağı” olub-olmamasını müəyyən etmək olub.
Laboratoriya müayinələri bitki yağlarına məxsus yağ turşularının, xüsusən də qarğıdalı yağını xarakterizə edən C16:0 palmitin yağ turşusunun kütlə payının araşdırılmasına yönəlib və məlum olub ki, istehlakçıların narazılığı səbəbsiz deyil. “Kubanskaya semeçka” bitki yağının qarğıdalı yağı olmadığı müəyyən olunub.
Mənbə:> Qafqazinfo.az