Kokos yağının faydaları » AzNews.info -Xəbər portalı

Kokos yağının faydaları

Kokos yağının faydaları


Nəhayət ki, uzun zamandır istifadə etdiyim Coconut Oil yəni kokos yağı haqqında fikirlərimi paylaşmaq istəyirəm. Deməli uzun zaman şəhərimizin apteklərindən axtardığım bu yağı tapa bilmədim. Səbəb olaraq dedilər ki, tələbat yoxdur. Sonra sifariş etdim.
İndi gələk əsas məsələyə - tələbat olmayan amma əslində təpədən dırnağa faydası olan möcüzəvi yağın faydalarına:
İlk öncə saçlardan başlayaq. İstənilən saç növünə uclardan başlayaraq çəkib 1-2 saat hətta daha quru saçlarda bütün gecəni saxlaya bilərsiniz. Əgər saçlarınız rəngləmədən həddindən artıq zədələnibsə 1-2 gün də saxlaya bilərsiniz. Ancaq diqqət etmək lazımdır ki dibinə o qədər müddət saxlamaq olmaz. İstənilən yağı saça çəkərkən nəzərə almaq lazımdır ki, yağlar saç dibini yumşaldır bu isə saçların tökülməsinə səbəb olur. Yağı saçın dibində ən az 15-20, ən çox isə 30-45dəq, uclarında isə yuxarıda qeyd olunan vaxta qədər saxlaya bilərsiniz. İstifadə etdikcə saçlarınızın yumşaldığını, daha sağlam göründüyünün şahidi olacaqsız.

Bu möcüzəvi yağın digər faydası üz üçündür. Çətin gedən makyajı ən əsası da göz makyajını pambıqla silib, sonra üzünüzü ilıq su ilə yuya bilərsiniz. Və ən əsası dodaqlarınızın qurumaması daim təravətli qalması üçün də istifadə edə bilərsiniz.

Duşdan sonra bədənin quru, çatlamış dərisini yumşaltmaq üçün ən yaxşı vasitədir. Dırnaqları möhkəmləndirir, ətrafındakı dərini yumşaldır, dirsəklərinizdə olan sərtləşməni aradan qaldırır.

Hamilə xanımlar üçün dəri dartılmasında ən effektiv vasitədir.

Və ən sonda ayaqlar. Çatlamış və sərtləşmiş dabanlarınıza dinlənmə saatlarınızda çəkib pambıq corab geyinərək bu problemi həll edə bilərsiniz.
Qeyd: kokos yağı qatı şəkildə olur. Əldə tez əriyir. Yay aylarında soyuducuda saxlamaq, qışda isə sərin yerdə saxlamaq kifayətdir ki maye halında qalmasın.
Sağlam olun hansı fəsildə olduğunuzdan asılı olmayaraq baxımlı qalın.

Mənbə: Foxy.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *