"Nardaran işi"nin fiqurantı azadlığa çıxdı
“Nardaran işi”nin fiqurantlarından biri Əbülfəz Bunyadov ağır xəstəliklə əlaqədar həbsdən azad olunub.
Bu barədə Turan vəkil Yalçın İmanova istinadən məlumat yayıb.
Onun sözlərinə görə, məhkəmə prokurorluğun təqdimatı əsasında yataq xəstəsi olan Əbülfəz Bünyadov barəsindəki həbs-qətimkan tədbirini dəyişib. Yəni cinayət işinə xitam verilməsindən söhbət getmir.
Xatırladaq ki, 26 noyabr 2015-ci ildə polis Nardaranda xüsusi əməliyyatı məhz Əbülfəz Bunyadovun evində keçirmişdi. Onda dini ekstremistlər polis əməkdaşlarına qarşı atəş açmış və onlardan iki nəfəri öldürmüşdülər.
Mənbə:> Virtualaz.org