Nardaranda həbs olunan 57 nəfər də azadlığa çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Nardaranda həbs olunan 57 nəfər də azadlığa çıxdı

Nardaranda həbs olunan 57 nəfər də azadlığa çıxdı

Qəsəbə sakini məlumat verib.

Nardaran hadisələrindən sonra inzibati qaydada həbs olunan 12 nəfər azadlığa buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Nardaran sakini Natiq Kərimov məlumat verib.

Onun sözlərinə görə, azadlığa buraxılanlar arasında özünü Nardaranın Ağa məhəlləsindəki Cümə məscidinin axundu kimi qələmə verən Ataməli Nur da var.

Həmin şəxslər Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində 15 və 30 sutkalıq inzibati qaydada həbs olunan Nardaran sakinləridir.

Saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatdığı üçün azadlığa buraxılıblar.

N.Kərimov bildirib ki, ümumilikdə son günlərdə Nardaran hadisələri ilə bağlı inzibati həbs edilənlərdən 57 nəfər azadlığa buraxılıb.

Xatırladaq ki, A.Nur da daxil olmaqla azadlığa buraxılan şəxslər Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdı.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *