Nardaran məscidi bağlandı
Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidi bağlanıb.
AzNews.info xəbər verir ki, bu barədə Trend-ə Nardaran sakinləri məlumat veriblər. Sakinlər bildiriblər ki, Hüseyniyyə məscidi Nardaran ziyarətgahının axundu hacı Nuhbala Rəhimovun həbsindən sonra bağlanılıb. Məlumata görə, özünü "Müsəlman birliyi hərəkatı" adlandıran qurumun üzvləri bu məsciddə namaz qılırmışlar.
Xatırladaq ki, Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu hacı Nuhbala Rəhimov bir neçə gün öncə Nardaran hadisələrində təqsirli bilinərək Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 12 sutkalıq həbs qəti imkan tədbiri seçilib.
Mənbə:> Trend