Taleh Bağırovun daha bir tərəfdaşı həbs olundu
"Müsəlman Birliyi Hərəkatı"nın daha bir üzvü tutulub.
AzNews.info xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, "Müsəlman Birliyi Hərəkatı" adlı qurumun İdarə Heyətinin üzvü Fərhad Mirzə Bakının Binə qəsəbəsində saxlanılıb.
O, Nardaran hadisələrində təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Fərhad Mirzə "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.
Mənbə:> APA