İddia: Müsəlman Birliyi Hərəkatı İŞİD-in başqa formasıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Foto

İddia: Müsəlman Birliyi Hərəkatı İŞİD-in başqa formasıdır – FOTO

İddia: Müsəlman Birliyi Hərəkatı İŞİD-in başqa formasıdır


Noyabrın 26-da Nardaran qəsəbəsində hüquq mühafizə orqanlarının birgə əməliyyatı zamanı həbs olunmuş Cabbar Cabbarov və əməliyyat zamanı polisldə atışmada öldürülən Əkbər Babayevin fotoları yayılıb.

AzNews.info xəbər verir ki, bu fotolarla bağlı “Qafqazinfo”ya maraqlı iddia daxil olub.

Bildirilir ki, Taleh Bağırzadənin rəhbərlik etdiyi “Müsəlman Birliyi Hərəkatı” (MQB) təşkilatı üzvlərinin bədənlərinin müxtəlif nahiyələrində xüsusi simvolikalar olduğu müəyyən edilib.

“Youtube” şəbəkəsində yerləşdirilən və sosial şəbəkələrdə paylaşılan fotolardan aydın görünür ki, təşkilat üzvləri sinələrində canavar şəkli, ayaqlarında isə faşist svastikası həkk etdiriblər. Məlumatda bildrirlir ki, təşkilat üzvlərinin toplantılarında iştirak edən şəxslərin dedikləri, habelə qurumun üzvləri arasında yazışmalar təsdiq edir ki, “Müsəlman Birliyi Hərəkatı” öz məqsədlərini reallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadəni məqbul hesab edib.

Azərbaycandan başlayaraq postsovet məkanının müsəlman dövlətləri, sonra isə Şərqə doğru radikal şiəlik ideologiyasının yayılması və şəriət qanunlarının tətbiqi “Müsəlman Birliyi Hərəkatı”nin fəaliyyətinin başlıca istiqaməti olub.

Bu məqsədin həyata keçirilməsi üçün geniş təbliğat qurulması, təbliğatın aparılması çətin olduğu və ya mümkün olmadığı yerlərdə isə zorakı metodlardan istifadə məqbul hesab edilib:

“Noyabrın 26-da təşkilatın silahlı üzvlərinin iki polis əməkdaşını qətlə yetirməsi “Müsəlman Birliyi Hərəkatı”nin terror metodlarından yararlandığının bariz nümunəsidir. “Müsəlman Birliyi Hərəkatı” Azərbaycanda dərin kök salmağı, öz əhatəsini genişləndirməyi, Nardarandan başlayaraq Bakı kəndlərində, paytaxtda, sonra isə ölkənin digər ərazilərində öz idarəçiliyini qurmağı, Azərbaycanda hakimiyyət çevrilişi həyata keçirmək və ölkədə şəriət qanunlarının tətbiq etmək niyyəti güdüb”.

Xəbərdə o da bildirilir ki, Azərbaycanda və bütün dünyada yəhudilərə qarşı mübarizə aparılması, onların məhv edilməsini missiyası “Müsəlman Birliyi Hərəkatı”nin başlıca məqsədlərindən biri hesab olunub:

““Müsəlman Birliyi Hərəkatı” bəzi xarici dini mərkəzlərlə sıx əlaqədə olub, xaricdəki terrorçu qruplarla təmas qurulması istiqamətində əməli tədbirlər həyata keçirməyə çalışıb. Hərəkatın məqsədləri, fəaliyyəti onun radikal ekstremist və terrorçu təşkilat olduğunu göstərir. “Müsəlman Birliyi Hərəkatı” İŞİD-n başqa bir formasıdır”.

İddia: Müsəlman Birliyi Hərəkatı İŞİD-in başqa formasıdır
İddia: Müsəlman Birliyi Hərəkatı İŞİD-in başqa formasıdır
İddia: Müsəlman Birliyi Hərəkatı İŞİD-in başqa formasıdır
İddia: Müsəlman Birliyi Hərəkatı İŞİD-in başqa formasıdır

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *