Xalqı üsyana çağırdılar
"Müsəlman qardaşlar" qruplaşması Misirin keçmiş prezidenti Məhəmməd Mursinin ölüm hökmünü tanımaqdan imtina edib və xalqı üsyana çağırıb.
ANS PRESS-in məlumatına görə, bu barədə qruplaşma Facebook səhifəsində xəbər yayıb.
Misirdə ikinci instansiya məhkəməsi 2011-ci ildə həbsxanadan qaçış cəhdinə görə Mursini ölüm cəzasına məhkum edib. Məhkəmə may ayında çıxarılmış birinci instansiyanın qərarını təsdiq edib.
Misirdə qadağan edilmiş "Müsəlman qardaşlar" hərəkatının liderlərindən biri Məhəmməd Mursi silahdaşlarla birlikdə HƏMAS fələstin hərəkatı vasitəsilə həbsxanadan qaçmaqda ittiham edilir.
Bu iş üzrə daha 16 nəfər "Müsəlman qardaşlar" üzvü məhkum edilib.
Mənbə:> ANSPRESS