Ərdoğan: "Mursi edam edilsə, şəhid sayılacaq"
Salamnews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Mursiyə və yoldaşlarına qarşı edilən haqsızlıqların qəbuledilməz olduğunu deyən Ərdoğan bildirib: "Dünyanın buna səssiz qalması özünü inkar etmək deməkdir. Mursinin edamı demokratiyanın edamıdır. Mursi əgər edam edilsə, terror təşkilatıyla mübarizədə həyatını itirən bir qardaşım kimi şəhidlik rütbəsinə yüksələcək”.
Xatırladaq ki, Misirin devrilmiş prezidenti Məhəmməd Mursi edam cəzasına məhkum edilib. Misirdə seçkilərlə hakimiyyətə gələn ilk prezidenti Mursi "Həmasla kəşfiyyat əlaqəsi yaratmaq"da günahlandırılıb. Mursi ilə birlikdə "Müsəlman qardaşları" təşkilatının 17 rəhbərinə də edam cəzası təyin edilib.
Mənbə:> Virtualaz.org