ABŞ etirazını bildirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

ABŞ etirazını bildirdi

ABŞ etirazını bildirdi


ABŞ Misirin sabiq prezidenti Məhəmməd Mursi və 2011-ci ildə həbsdən kütləvi qaçışlara görə cavabdeh hesab edilən digər 100-dən çox müttəhim haqqında ölüm hökmü çıxarılmasını ciddi narahatlıqla qarşıladığını bildirib.

ANS PRESS-in məlumatına görə, bu barədə rəsmi Vaşinqtonun mövqeyini Dövlət departamenti bildirib.

"Biz dəfələrlə kütləvi məhkəmə proseslərinin və hökmlərin əleyhinə çıxış etmişik, çünki bu addımlar Misirin beynəlxalq öhdəlikləri və qanunun aliliyi ilə ziddiyyət təşkil edir" - deyə Dövlət Departamentinin bugünkü bəyanatında deyilir.

Bu arada ölüm hökmü ilə əlaqədar narahatlığını Avropa Birliyi də gizlətməyib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə hökmü “keçmiş rejimin (Mübarək dövrü) davamı” kimi qiymətləndirib.

Qeyd edək ki, ölüm hökmü dünən Qahirə məhkəməsində çıxarılıb. Mursinin vəkili ölüm hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib. Sabiq prezident həmçinin casusluq ittihamları ilə üzləşir.

Misirin ali dini rəsmisi olan baş müfti iyunun 2-də hökmlə bağlı son qərarı verməlidir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *