Fransalı müsəlmanlar İŞİD-ə “yox“ dedilər » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Fransalı müsəlmanlar İŞİD-ə “yox“ dedilər

Fransalı müsəlmanlar İŞİD-ə “yox“ dedilər


Parisin Böyük Müsəlman Məscidində Əlcəzairdə qətlə yetirilən fransız vətəndaşı Herve Kurdelin xatirəsi ilə bağlı toplantı keçirilib.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, toplantıda çıxış edən məscidin ali dini rəhbəri belə barbar hərəkətin heç cür müsəlmanlara yaraşmadığını qeyd etməklə yanaşı, Əlcəzairdə dinc fransız vətəndaşının qətl yetirilməsini pisləyib və İslamın tolerant din olduğunu bəyan edib.

Sosialist Partiyasından Parisin meri seçilən xanım An Hidalqonun, Xalq Hərəkatı Birliyi Uğrunda Partiyasının üzvü, İl-de-Frans regionunun sədri, deputat xanım Valeri Pekressin iştirak etdikləri toplantıda hər cür terrorizm və barbar hərəkətlərin yolverilməzliyi, İslamda insan həyatının müqəddəsliyi diqqətə çatdırılıb.

Toplantıda iştirak edən fransız müsəlmanları və digər etnik qrupların nümayəndələri “Barbarlığa son qoyulsun!”, “İslam sülh, həyat və hörmət deməkdir “ və digər şüarlar səsləndiriblər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *