Nardaran polis bölməsinə rəis təyin edildi
Sabunçu rayon Polis İdarəsinin Nardaranda yeni yaradılmış 42-ci polis bölməsinə rəis təyin olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə 42-ci polis bölməsinin rəis müavini Tərxan Əhmədov bölmənin rəisi təyin olunub.
Qeyd edək ki, 42-ci polis bölməsi yaradılandan bölməyə rəis təyin edilməyib. Polis polkovniki Azər Cahangirov bir müddət bölmənin rəisi vəzifəsini icra etsə də, daha sonra o, tutduğu vəzifədən azad edilərək Abşeron rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Mənbə:> Oxu.Az