Nazirlik 826 min manatı işçilərə qaytardı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nazirlik 826 min manatı işçilərə qaytardı

Nazirlik 826 min manatı işçilərə qaytardı


Gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 826 min 195 manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

“Həmin vəsaitin 782 min 531 manatı (94,7%) gecikdirilmiş əməkhaqlarından, 25 min 774 manatı (3,2%) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənişlər təşkil edib.

Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmələri ilə bağlı müraciətlərlə əlaqədar görülən tədbirlər nəticəsində isə 21 nəfər işçinin yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub”, - deyə nazirlikdən qeyd olunub.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *