Nazirlik: 17 nəfər əvvəlki işlərinə qaytarıldı
10 ay ərzində işdən qeyri-qanuni azad edilmiş 17 nəfər əvvəlki işinə bərpa edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Oxu.Az-a bildirilib.
“Ümumilikdə 1 milyon 458 min 132 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Bu məbləğin 75,2 %-ni gecikdirilmiş əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib”, - deyə nazirlikdən qeyd edilib.
Bundan başqa, nazirlikdən bildirilib ki, cari ilin 10 ayı ərzində 2 milyon 923 661 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlər işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli