Xəzərdəki faciə ilə bağlı şok iddia » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Xəzərdəki faciə ilə bağlı şok iddia

Xəzərdəki faciə ilə bağlı şok iddia


Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bu gün Xəzərdə 10 neftçinin qəzaya düşməsi ilə bağlı maraqlı məlumat paylaşıb.

Aznews.info Lent.az-a istinadən xəbər verir ki, mütəxəssis sosial şəbəkədəki səhifəsində qəzanın baş verdiyi Nərimanov NQÇİ-də işlərin necə aparıldığını yazıb.

Onun sözlərinə görə, Nərimanov NQÇİ hasilatı platformalar üzərindən həyata keçirmir, yataqlar dənizin dayaz hissəsində yerləşdiyi (10-30 metr) üçün onların istismarı estakada üsulu və qazma prosesi isə meydançalardan (ploşadka) həyata keçirilir:

“Meydançalar nədir? Onların qalıqlarını Pirallahı adasına gedənlər daha yaxından görüblər. Təyyarə ilə Bakıya gələnlər isə çox zaman məhz Nərimanov NQÇİ-nin meydançaları üzərindən eniş edirlər.

Görünür ki, onların nə qədəri artıq ömrünü başa vurub. Əlbəttə, 40-50 il istismarda olub və laylardan karbohidrogen ehtiyatları çıxartdıqdan sonra ömürlərini başa vurublar. Sovet zamanı ekologiyaya, ümumiyyətlə, heç fikir vermirdilər və heç maddə də yox idi ki, bu meydançaları, estakadaları sonra ləğv etsinlər”.

Ekspert hazırda SOCAR-ın bazasında olan qurğular barədə də yazıb:

“SOCAR-ın balansında hazırda olan bu qurğuların vəziyyətinə gəlincə isə onların yararlığına dair hər il müvafiq dövlət orqanları rəy verirlər. Necə ki, avtomobilin idarə edilməsi üçün “texosmotr” deyilən bir vacib sənədləşmə prosedurundan keçmək vacibdir”.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *