Məleykə Abbaszadə: Nazirlər Kabinetinin qərarını gözləyirik » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Məleykə Abbaszadə: Nazirlər Kabinetinin qərarını gözləyirik

Məleykə Abbaszadə: Nazirlər Kabinetinin qərarını gözləyirik


“Gələcəkdə ödənişli imtahanlar olarsa, bunun hansı formada keçirilməsi ilə bağlı iqtisadçılar, Dövlət İmtahan Mərkəzi və Tarif Şurasının mütəxəssisləri ilə birgə müzakirələr aparılır”.

Aznews.info Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Şura sədri bildirib ki, Maliyyə Nazirliyinə təqdim olunması üçün sənədlər hazırlanır:

“Təbii ki, bu məsələni hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabinetinin qərarı lazımdır. Prezidentin aprel ayındakı müvafiq fərmanında Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmana uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Bundan sonra artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Eyni zamanda, imtahanların ödənişli olması üçün həmin xidmətlər Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir. Ona görə də yekun qərarı gözləyirik”.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *