Məleykə Abbaszadə: Qəbul imtahanları üçün tarifləri müəyyənləşdirmişik » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Məleykə Abbaszadə: Qəbul imtahanları üçün tarifləri müəyyənləşdirmişik

Məleykə Abbaszadə: Qəbul imtahanları üçün tarifləri müəyyənləşdirmişik


Dövlət İmtahan Mərkəzi Azərbaycanda keçiriləcək imtahanlarda iştirak üçün ödəniləcək tarifləri müəyyənləşdirib. Lakin Nazirlər Kabineti bizim fəaliyyətimizə aid olan xidmətləri müvafiq sənədə daxil etməyib. Bizim xidmətlər müvafiq sənədə daxil olmalıdır ki, Tarif Şurasına müraciət edə bilək. Həmin xidmətlər dövlət tərəfindən tənzimlənir.
Aznews.info-un APA-ya istinadən xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, onlar xidmətlərin neçəyə başa gəlməsi, verilən büdcə pulunun necə istifadə olunmasını müəyyənləşdiriblər:

“Bilirik ki, hər bir iştirakçı üçün imtahan neçəyə başa gəlir. Amma Tarif Şurasına müraciət edəndə hansısa dəyişikliklər ola bilər. Onu da nəzərə almaq lazımdır ki, biz indi müəyyən vergi ödəyicisiyik və bu, qiymətlərdə nəzərə alınacaq. Yanvarın 1-dən bizə 1 milyon manat dəyərində nizamnamə fondu ayrılıb. Amma bu da yalnız bir fonddur. Biz yalnız pullu xidmət göstərib, hansısa gəlir əldə edib, işçilərə maaş verə bilərik”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *