Prezident Məleykə Abbaszadə ilə bağlı sərəncam verdi
Prezident İlham Əliyev Məleykə Abbaszadə ilə bağlı sərəncam verib. "Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur:
"Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilsin".
Qeyd edək ki, dünən ölkə başçısı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanda qeyd olunurdu ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.
Mənbə:> Qafqazinfo.az