Nazir qəbul imtahanlarının ödənişli olmasından danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Nazir qəbul imtahanlarının ödənişli olmasından danışdı

Nazir qəbul imtahanlarının ödənişli olmasından danışdı

Təhsil naziri Mikayıl Cabbarov Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin gələcəkdə qəbul imtahanlarının ödənişli əsaslarla aparılmasının mümkünlüyü barədə fikirlərinə münasibət bildirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, təhsil naziri deyib ki, bu məsələ əvvəlcə müzakirə olunmalıdır.

Burada bir neçə məsələnin olduğunu deyən M.Cabbarovun sözlərinə görə, DİM müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxs olduğu üçün onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır:

“Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin maliyyələşdirilməsi məsələsi var. Başqa məsələ odur ki, təhsilalanlara xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir. Bu səbəbdən göstərilən xidmətlərin ödənişinin necə həyata keçirilməsi dəqiqləşdirilməlidir. Nazirliyə bu barədə müraciət olduqdan sonra rəsmi mövqeyimizi bildirəcəyik”.

Təhsil naziri qeyd edib ki, DİM-in fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır. O bildirib ki, burada təhsilə çıxış və əlçatanlıq məsələsinə nəzər yetirilməlidir:

“Hesab edirəm ki, müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə, hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, məsələnin həllini həmkarım Məleykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *