Orta və ali məktəb imtahanları birləşdirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Video

Orta və ali məktəb imtahanları birləşdirilir – VİDEO

Orta və ali məktəb imtahanları birləşdirilir


Biz buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirməyə hazırlaşırıq.

AzNews.info xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandırarkən deyib.

Test üsulunun gələcək aqibətindən, test üsulunu tənqid edənlərdən, qəbul imtahanlarında dəyişikliklərdən danışan Məleykə Abbaszadə hazırda təhsil sistemində mövcud olan iki imtahan - buraxılış və qəbul imtahanlarının fərqli məqsədlər daşıdığını bidirib.

Məleykə Abbaszadə test üsulunun bütün dünyada tətbiq edildiyini və xüsusi bir elm olduğunu, bu sahədə qərarların mütəxəsisislər tərəfindən veriləməsinin vacibliyini qeyd edib.

"Bununla əlaqədar hansısa sorğu keçirtmək düzgün deyil. Çox təəsüflər olsun ki, kimsə özü-özünü ekspert kimi təqdim edir, xüsusilə cavanlar. Onlar mütəxəssis kimi hansı ali məktəbi bitiriblər, hansı nailiyyətləri var, onların yazdığı məqalələr nədən ibarətdir? Bu bir səthi yanaşmadır.." - Mərkəz sədri fikrini izah edib.

Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçiləməsinin əsas məqsəd olduğunu söyləyən Məleykə Abbaszadə qəbul imtahanlarında isə tam əksinə, yaxşı bilən şagirdlərin arasından ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu vurğulayıb.

“Buraxılış imtahanları ilə qəbul imtəhanlarını birləşdirmək buraxlış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Buna, hələ ki, bizim reallıqda məktəblərimiz hazır deyillər. Lakin biz öz tərəfimizdən buna hazırlaşırıq. Mən hesab edirəm ki, yeni kurikulumla təhsil alan şagirdlər - 1-ci sinfə 2008-ci ildə gedən uşaqlar 9-cu sinfə buraxlış imtahanı verəndə bu tamamilə ayrı növ imtahanlar olacaq. Orada biz uşaqların yazı qabiliyyətini təkcə test sualları ilə yox, eyni zamanda, müxtəlif yeni növ suallarla yoxlayacağıq”, - qonaq əlavə edib.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *