Məleykə Abbaszadə: Test sistemi qalacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Təhsil

Məleykə Abbaszadə: Test sistemi qalacaq

Məleykə Abbaszadə: Test sistemi qalacaq


Mərkəzləşdirilmiş imtahanlar indi necə təşkil olunursa - şəffaf, insan faktorundan azad - elə də təşkil olunacaq, insan faktoru yoxlamanın nəticələrinə təsir göstərməyəcək. Biz buna zəmanət veririk. Azərbaycanda kütləvi test imtahanları şəffaf, əsl biliyi qiymətləndirən bir üsuldur.

Hazırda bu sistemlə əlaqədar mövcud qanunvericilikdə hər hansı dəyişikliyin aparılması müzakirə mövzusu deyil. Bu sistem qalacaq.

AzNews.info xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

“Tapşırıqların forması, məzmunu isə proqramlardan və dövlət tərəfindən qəbul olunan normativ sənədlərdən asılıdır. Biz hələ o sənədlərlə işləyirik ki, onlar indiki proqrama aiddir. 3 ildən sonra isə biz yeni standartlara uyğun yeni növ imtahanları aparmağa hazırıq.

Mən ona da söz verirəm ki, yazı işlərinin, açıq testlərin olmasına baxmayaraq, o imtahanların nəticələrinə heç zaman insan faktoru təsir göstərməyəcək. Belə texnologiya da bizdə hazırdır, monitorinq imtahanlarında istifadə olunaraq sınaqdan keçirilib”.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *