Məleykə Abbaszadə vətəndaşlarla görüşəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Məleykə Abbaszadə vətəndaşlarla görüşəcək

Məleykə Abbaszadə vətəndaşlarla görüşəcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə avqustun 28-də Xızı şəhərində vətəndaşlarla görüş keçirəcək.

TQDK mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, qəbulda Xızı rayonu sakinləri ilə yanaşı Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan və Şuşa rayon və şəhərlərinin sakinləri iştirak edə bilərlər.

Qəbul saat 10:00-da Xızı şəhəri Heydər Əliyev Mərkəzində (Xızı şəhəri, Heydər Əliyev pr. ) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Xaçmaz regional bölməsinə müraciət etmələri xahiş olunur. (Ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küç., 7b ; Tel.: (023) 325-01-21)

Bundan başqa, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Xızı, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan və Şuşa rayon və şəhər Təhsil Şöbələrinə də 19 - 27 avqust 2015-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *