Nazir qəbul keçirəcək
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov vətəndaşlarla görüşəcək.
ANS PRESS-in məlumatına görə, nazir 20 fevral tarixində saat 10:00-da Biləsuvar şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Mübariz İbrahimov küçəsi) Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Cəlilabad şəhəri, Cavadxan küçəsi 15, əlaqə telefonları: 050-677-47-17, 050-407-45-54, 025-24-5-27-93) ilə əlaqə saxlamaları xahiş olunur.
Mənbə:> ANSPRESS