Bakı-Quba yolunda avtomobil saatda 320 km sürətlə sürüldü – VİDEO – VİDEO
Avtomobili sürətlə sürüb videosunu paylaşanların sayı artıb.
Saatda 320 km sürətlə avtomobil sürür, həm də gecə vaxtı... İlk baxışdan hansısa Formula 1 yarışını xatırlatsa da, görüntülər Bakı-Quba yolunda çəkilib.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobili sürətlə idarə edərək həyatını təhlükəyə atmağı azmış kimi bir əli ilə də bunu telefonla çəkir.
Son zamanlar internetdə belə görüntülərin sayı həddindən çox artaraq təhlükəli bir trendə çevrilib. Bu cür videoları izləyib bəyənənlər, paylaşanlar ən pisi isə özü də yoxlayan minlərlə insan var. Belə videolar adətən şəhər içi yolların boş olduğu gecə vaxtları və avtomagistrallarda çəkilir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu cür avtomobil idarə edənlərin sonunun heç yaxşı olmadığını deyir.
Maraqlısı burasındadır ki, "trend"ə uyub "Yol hərəkəti haqqında" qanunun eyni vaxtda bir neçə bəndini kobud şəkildə pozan bu şəxslərin əksəriyyəti isə yeniyetmə və gənclərdir.
Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bu cür halların artdığını etiraf edir. Onun sözlərinə görə, həmin şəxslər inzibati məsuliyyət daşıyır və belə hallar araşdırılaraq müəyyən edildikdə müvafiq tədbirlər gördülür.
Ppolisin və kameraların nəzarətindən kənar yerdə bu cür adrenalin həvəskarlarının axırı isə heç də yaxşı olmur. Elə sonu dəhşətli bitən bu videodakı gənclər kimi.
Mənbə:> Oxu.Az