Rusiyada dəhşətli qəza: Onlarla insan ölüb və yaralanıb
Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, ölənlərin 10-u uşaqdır.
Qeyd edək ki, bu gün Tümen vilayətində Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub. Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub.
Qəzanın səbəbkarı avtobus sürücüsü olub. Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib.
Mənbə:> APA