Dünyada yeni virus təhlükəsi
Bütün dünyada sürətlə yayılan “quş qripi” təhlükəsi İranda 500 mindən çox toyuğun məhv edilməsinə səbəb olub.
AzNews.info Publika.az-a istinadən xəbər verir ki, İran Baytarlıq İdarəsi Tehranın Melard bölgəsində 4 fermada “quş qripi”nin olduğunu bildirib.
İdarənin rəisi Mehdi Xalac bu vaxta qədər H5N8 virusuna yoluxan 513 mindən çox toyuğun məhv edildiyini açıqlayıb. Artıq bu ölkədə toyuqların bir yerdən başqa yerə daşınmağı qadağan edilib.
Bu il yayın sonlarında Rusiyada aşkarlanan “quş qripi” son olaraq Yaponiyada da qeydə alınıb. Yaponiya Səhiyyə Nazirliyinin rəsmiləri artıq virusun 40 toyuğun öldürdüyünü, 310 minin isə tələf ediləcəyini açıqlayıb.Təkcə toyuqlar deyil, ördəklər də virusa yoluxub. Virus səbəbindən 165 min baş ördək tələf ediləcək. Artıq fermalarda virusa qarşı dezinfeksiya işlərinə başlanılıb.
Virus Fransada da yayılıb. Bu ölkənin Səhiyyə Nazirliyi də virusu gözardı edə bilməyəcəklərini deyib.
Rusiyadan Avropaya yayılan “quş qripi”nə Almaniya, Hollandiya, Danimarka, Avstraliya, İsveçrə, İsveç və Macarıstanda da rast gəlinib. Artıq İsraildə də virus aşkarlanıb.
Noyabrın 22-dən İrandan Azərbaycana quş əti idxalına qadağa qoyulub.
Qeyd edək ki, 2003-2007-ci illərdə “quş qripi” 167 nəfərin ölümünə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus yabanı quşları qanadları ilə yerli qanadlılara yoluxdurur.
Mənbə:> Publika.az