Türkiyədə İŞİD-çi azərbaycanlılar saxlanılıb
Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları antiterror əməliyyatı çərçivəsində “Jay” ləqəbli İŞİD-çinin liderlik etdiyi 25 xarici vətəndaşdan ibarət qrupu saxlayıblar.
Oxu.Az Milliyet-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında Azərbaycan, Rusiya, Özbəkistan və Tacikistan vətəndaşları da var.
Əməliyyat ölkənin cənub və qərbində - Qaziantep, Şanlıurfa və Aydın şəhərlərində keçirilib.
Həbs edilən şəxslər saxta sənədlərin hazırlanmasında və xarici vətəndaşları döyüşlərdə iştirak etmək üçün Suriyaya keçirməkdə ittiham olunurlar.
Əməliyyat çərçivəsində şübhəli şəxslərdən silah və narkotik maddə müsadirə edilib.
Mənbə:> Oxu.Az