Sumqayıtda sahibsiz itlər sakinləri vahiməyə salıb
Sumqayıtda sahibsiz itlərin sayı artıb. Bu canlılar sakinlərin həyatı üçün təhlükəyə çevrilib. İtlər sürü halında artıq küçələrdə gəzirlər.
Xəzərxəbər bildirir ki, sahibsiz itlər insanlara hücum etməkdən də çəkinmirlər. Problemdən çox əziyyət çəkənlər isə məktəblilərdir.
Məsələ ilə bağlı Sumqayıt Mənzil-Kommunal Təsərüffatı İstehsalat Birliyindən bildirilib ki, itlərin öldürülərək zərərsizləşdirilməsi qadağandır. Bu səbəbdən də sakinlərin müraciətləri əsasında, bu ilin 9 ayı ərzində 300-ə yaxın sahibsiz it tutularaq paytaxtda yerləşən sığınacaqlara yerləşdirilib. Şəhər ərazisində bu cür tədbirlər mütəmadi olaraq davam etdirilir.
Mənbə:> XəzərXəbər