Bakıda YPX avtomobilini çəkiclə əzən şəxsdən xəbər var » AzNews.info -Xəbər portalı

Bakıda YPX avtomobilini çəkiclə əzən şəxsdən xəbər var – VİDEO

Bakıda YPX avtomobilini çəkiclə əzən şəxsdən xəbər var


Bakıda Yol Patrul Xidməti (YPX) avtomobilinin müxtəlif hissələrini çəkiclə sındıran Şahin Bəylərovun ibtidai istintaqı yekunlaşıb.

AzNews.info bildirir ki, bu barədə report-a zərərçəkmişin etibarnamə əsasında nümayəndəsi Nicat Ələkbərzadə məlumat verib.

Onun sözlərinə görə, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Ş.Bəylərovun iş materialları ilə tanış olma mərhələsi başlayıb. Nümayəndə işin yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini deyib.

N.Ələkbərzadə, həmçinin bildirib ki, vurulumuş zərərin ödənilməsi ilə bağlı mülki iddia irəli sürülüb və istintaq dövründə zərər ödənilməyib.

Qeyd edək ki, bu il fevral ayının 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nərimanov rayonunun G.Qədirbəyova küçəsində əvvəllər məhkum edilmiş Ş.Bəylərov həmin ərazidə xidmət aparan "BMW" markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.

O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *