Məhkəmə polis maşınını çəkicləyənlə bağlı qərar qəbul etdi » AzNews.info -Xəbər portalı

Məhkəmə polis maşınını çəkicləyənlə bağlı qərar qəbul etdi – VİDEO

Məhkəmə polis maşınını çəkicləyənlə bağlı qərar qəbul etdi


Bakıda yol polisi avtomobilini çəkiclə əzən şəxs məhkəmə qarşısına çıxarılıb.

AzNews.info xəbər verir ki, Nərimanov Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, Şahin Bəylərov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə fevralın 17-də saat 14.15 radələrində Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında qeydə alınıb. Ş. Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə yol polisi avtomobilinə 30 min manat ziyan dəyib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisəni törədən Şahin Bəylərov saxlanılarkən onun üzərində narkotik vasitə olan heroin aşkarlanıb.


Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *