Polis İdarəsinin rəhbərliyi döyüldü - Aralarında polkovnik, mayor da var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Polis İdarəsinin rəhbərliyi döyüldü - Aralarında polkovnik, mayor da var

Polis İdarəsinin rəhbərliyi döyüldü - Aralarında polkovnik, mayor da var


Bakıda istintaq işi ilə bağlı zərərçəkmiş şəxslərlə görüşən Daxili İşlər Nazirliyinin məsul şəxsləri hücuma məruz qalıblar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təmxinən 1 ay öncə baş verən hadisə ilə bağlı artıq cinayət işi açılıb.

Belə ki, Nərimanov rayonunda yaşayan, Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Nina İbrahimova 18-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, aprelin 15-də saat 18 radələrində Fərman və Samir adlı şəxslər onu döyərək xəsarət yetiriblər. N.İbrahimova heç bir tibb müəssisənə müraciət etməyib.

Hadisə ilə bağlı Bakı şəhər baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaqı aparılan zərərçəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması haqda qərarın icrası ilə bağlı tədbirlərin görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi N.İbrahimovanın yaşadığı evə gəliblər.

Nərimanov RPİ-nin vəzifəli şəxsləri Nina İbrahimova, qızı Rəbiyyə və oğlu Anar tərəfindən döyülüb.

Belə ki, İdarənin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərman Fərmanovun üzünə, şöbənin baş inspektoru olan kapitan Samir Ağayevin boğazına, Post Partul Xidməti Bölüyünün kiçik serjantı Əvəz Hənifəyevin gözünün altına, 18-ci Polis Bölməsinin sahərə rəisi, mayor Əbsəlim Salıyevin üzünü və sahə inspektoru, kapitan Faiq Süleymanovun gözünə xəsarət yetiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Vəzifəli şəxslərə qarşı xuliqanlıq törətməkdə ittiham olunan Anar İbrahimov isə həbs olunub.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *