Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziyanın ölkəmizdəki səfiri Husnan bey Fananini qəbul edib
17 noyabr 2015-ci il tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Husnan bey Fananini qəbul edib.
AzNews.info xəbər verir ki, Görüşdə ölkələr arasında qarşılıqlı əlaqələr, mədəniyyət və turizm sahəsində birgə əməkdaşlıq və gələcəkdə həyata keçiriləcək layihələr müzakirə olunmuşdur.
Səfir Husnan bey Fanani 19-20 noyabr 2016-cı il tarixində Bakıda ilk dəfə keçiriləcək İndoneziya Mədəniyyət Festivalı haqqında məlumat vermiş və naziri tədbirdə iştiraka dəvət etmişdir.
Nazir Əbülfəs Qarayev ölkəmizdə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək vurğulayaraq, tədbirdə iştirak edəcək İndoneziya turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşün təşkil olunmasını və bu çərçivədə turizm sahəsində əməkdaşlığın daha da artırılmasının vacibliyini vurğuladı.
Səfir səmimi qəbula görə təşəkkür etmiş və bu sahələrdə gələcək əməkdaşlığa inamını ifadə etmişdir.
Mənbə:> AzNews.info