Əhəd Abıyevin bayraq qalmaqalı Kolumbiya mətbuatında
Kolumbiya mətbuatı Daşkəsənin icra başçısı Əhəd Abıyevdən yazıb.
Aznews.info xəbər verir ki, Lent.az-ın colombia.com-a istinadən məlumatına görə, yerli mətbuatda çıxmış məqalədə Əhəd Abıyevin Kolumbiya və Ermənistan bayraqlarını rənglərinə görə səhv saldığı qeyd olunub.
Məqalədə bildirilir: “Əhəd Abıyevin başına xoşagəlməz hadisə gəlib. Ə.Abıyev əsgərlərin qarşısında “şifer” materialından hazırlanmış Kolumbiya bayrağını yumruqla sındırmağa cəhd edib. Saatlar sonra sındırmağa çalışdığı bayrağın Ermənistana deyil, Kolumbiyaya məxsus olduğunu anlayan Ə.Abıyev məyus olub. Həm də bilməlidir ki, Ə.Abıyevin bu hərəkəti Kolumbiyaya qarşı cinayət sayılır.
Onu da diqqətinizə çatdıraq ki, Azərbaycan və Ermənistan arasındakı mövcud konflikt 1991-ci ildə Dağlıq Qarabağ ərazisi uğrunda başlayıb. Sonda həmin ərazidə hökmranlığı ələ alan Ermənistan Azərbaycan bayrağına bənzər “göy, sarı, qırmızı” üçrəngli bayraq seçiblər”.
Mənbə:> Lent.az