İcra başçısı yerli istehsal olan avtomobil aldı
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobili alıb.
Ə.Abıyev Publika.az-a açıqlamasında “NAZ-Lifan” avtomobilini hələ 2 ay öncə aldığını söyləyib: “Mən bu avtomobili 2 aya yaxındır ki, almışam və hazırda da istifadə edirəm. Evdə də istifadə edirlər. Çox keyfiyyətli avtomobildir. Əsl ev, ailə avtomobilidir. Mən də bu avtomobili ev üçün istifadə edirəm. Ancaq işə dövlət tərəfindən verilən xidməti avtomobilimlə gəlirəm. Hazırda işə “Niva” ilə gedib-gəlirəm. Çünki Daşkəsən dağlıq ərazi olduğu üçün burada ancaq “Niva” sərf edir”.
Mənbə:> Publika.az