Qazaxıstanda Facebook Azərbaycan bayrağının rənglərinə büründü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Dünya

Qazaxıstanda Facebook Azərbaycan bayrağının rənglərinə büründü

Qazaxıstanda Facebook Azərbaycan bayrağının rənglərinə büründü


Facebook-un qazaxıstanlı istifadəçiləri Qarabağda Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı münaqişəni müzakirə edirlər, Oxu.Az 7NEWS.kz-a istinadən xəbər verir.

Belə ki, tanınmış politoloq Aydos Sarım öz Facebook səhifəsində Azərbaycana dəstək verib:

“Biz Azərbaycan ilə birlikdəyik! Qardaş xalqa qələbə arzulayırıq!”, - deyə, A. Sarım yazıb.

Bu yazı minə yaxın insan tərəfindən bəyənilib, yüzlərlə insan paylaşıb.

Rəsmi Astana hələ də Qarabağdakı münaqişəyə reaksiya göstərməyib və bu, A. Sarımın təəccübünə səbəb olub.

“Qulaq asın, bizim XİN haradadır? Qazaxıstanın Qarabağ üzrə mövqeyi hanı? Azərbaycana dəstək haqqında rəsmi bəyanatlar hardadır? Ən azı atəşkəs çağırışları? Əgər prezident ölkədə yoxdursa və bir neçə gün olmayacaqsa, o zaman belə biarbırçı şəkildə susmalıyıq? Axı Qazaxıstan danışıqlar prosesinin iştirakçısı olub?!”, - deyə, Sarım yazıb.

Bir çox qazaxlar Bakıya dəstək olaraq, öz Facebook profillərində Azərbaycan bayrağının təsvirlərini yerləşdiriblər.

Məlum olduğu kimi, qazaxlar və azərbaycanlılar türk qrupuna aid doğma etnoslardır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *