Rusiyadan çinli turistlərin Azərbaycana cəlb edilməsi ilə bağlı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Rusiyadan çinli turistlərin Azərbaycana cəlb edilməsi ilə bağlı

Rusiyadan çinli turistlərin Azərbaycana cəlb edilməsi ilə bağlı


“Rusiya Azərbaycana Çindən turistlərin cəlb olunması məqsədilə birgə turizm paketləri yaratmağı təklif edib”.

Aznews.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin turizm departamentinin rəhbəri Rauf Paşayev məlumat verib.

Onun sözlərin görə, Rusiya və Çin İpək yolu layihəsi çərçivəsində Rusiyanın cənub regionlarına yeni aviareyslər açmağı planlaşdırır.

R.Paşayev deyib ki, Çin turistlərinin paket turlarına marağını nəzərə alaraq Rusiya bizə birgə paketlərin yaradılmasını təklif edib: “Bu paketlər Şimali Qafqaz bölgəsini və Azərbaycanı əhatə edə bilər”.

Rusiyanın bu təklifi Mədəniyyət və Turizm Nazirliyində müzakirə olunacaq.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *