Məhkəmə icra başçısının şikayətini əsassız sayaraq qəbul etməyib
Masallı Rayon Məkəməsi Masallı rayon İcra Hakimiyytəinin başçısı Rafil Hüseynovun “Cenubnews” saytının redaktoru Mirələm Həşimova qarşı şikayətini baxılması üçün qəbul etməyib.
Bu barədə virtualaz.org saytının Şirvan bürosuna vəkil Cavad Cavadov məlumat verib. Vəkilin açıqlamasına görə, bu gün Masallı Rayon Məhkəməsində rayon icra hakimiyyətinin başçısı Rafil Huseynovun “Cenubnews” saytının redaktoru Mirələm Həşimova qarşı xususi ittihamlı şikayəti üzrə hazırlıq iclası keçirilib.
“Şikayətin əsassız olması barədə məhkəməyə təqdim etdiyimiz dəlillər məhkəmə tərəfindən qəbul edildi və şikayətin icraata qəbul edilməsindən imtina olundu”, - vəkil Cavad Cavadovun açıqlamasımda belə deyilir.
Mənbə:> Virtualaz.org