Taleh Bağırov şikayətini geri götürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Taleh Bağırov şikayətini geri götürdü

Taleh Bağırov şikayətini geri götürdü

Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində keçirilmiş əməliyyat zamanı həbs edilən "Müsəlman birliyi" adlanan təşkilatın rəhbəri Taleh Bağırov Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayəti geri götürüb.

Trend xəbər verir ki, bu barədə T.Bağırovun vəkili Cavad Cavadov məlumat yayıb.

Vəkil bildirib ki, şikayət bu gün geri götürülüb.

Xatırladaq ki, C.Cavadov T.Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti saxlanılma təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. T.Bağırov Bakı İstintaq təcridxanasında saxlanılır.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *