Masallıda kütləvi aclıq aksiyası başlayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

Masallıda kütləvi aclıq aksiyası başlayacaq – FOTO

Masallıda kütləvi aclıq aksiyası başlayacaq


Rayon sakinləri icra başçısının özbaşınalığından şikayətçidirlər
Masallı rayonunda bir qrup ziyalı və ictimaiyyət nümayəndəsi 10 iyun 2015-ci il tarixdən aclıq aksiyasına başlayacaq. Aksiyaya səbəb kimi Masallının icra başçısı Rafil Hüseynovun rayon üçün dövlət büdcəsindən və Prezidentin Ehtiyyat Fondundan ayrılmış vəsaitləri mənimsəməsi, əkinə yararlı torpaqların tikinti sahələrinə çevrilməsi və sakinlərin qəbul edilməməsi göstərilir.
Bu barədə Masallı Ziyalıları İctimai Birliyinin dünən keçirdiyi mətbuat konfransında elan edildi. Tədbirdə prezident İlham Əliyevə, nazirlərə, Milli Məclisin deputatlarına, eləcə də beynəlxalq təşkilatların və ölkələrin Bakıdakı səfirliklərinə müraciət də ünvanlanıb. Şikayətçilərin nümayəndələri dünən Prezident Administrasiyasında da olublar. Onlar şikayətlərini yazılı və şifahi şəkildə məsul şəxsə çatdırıblar.

İctimai Birliyin sədri Məmmədağa Eynullayev bildirdi ki, Masallının təmir-tikinti layihələri üçün ayrılan külli miqdarda dövət vəsaiti mənimsənilir: “Rayon və kənd əhəmiyyətli təmir-tikinti layihələrinin tenderlərinin hamısının “qalibi” Xudayar Rəhmanov olur. Bu şəxs də icra başçısının yaxın adamıdır. İcra başçısı layihələr üçün nəzərdə tutulmuş dövlət maliyyəsini onun adına keçirməklə mənimsəyir. Yol tikintisi, su, işıq və konalizasiya xətlərininin tikintisi plana və təlimata uyğun aparılmır. Hətta sənədlərdə kənd yollarına asfalt örtüyünün çəkildiyi göstərilsə də, kəndlərə yol çəkilməyib. Biz bu problemlərlə bağlı icra başçısının qəbulunda olmaq istəmişik. O, şikayətimizi dinləsə də, öz bildiyini yenə eləyir. Odur ki, Rafil Hüseynovun qanunsuz fəaliyyəti ilə bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və Baş Prokurorluğa dəfələrlə rəsmi müraciətlər olub. Hətta biz dövlət qrumlarına gedərək, məsul şəxslərlə görüşmüşük də. Onlar şikayətimizi R.Hüseynova göndəriblər. Bizə ondan şikayətçi olduğumuz halda şikayətimiz ona göndərilib. Nəticədə rayonun sosial-iqtisadi problemi həll olunmamış qalmaqdadır. Və icra başçısı bizi - Masallı Ziyalıları İctimai Birliyinin üzvlərini təqib elətdirir, həbslə hədələtdirir. Odur ki, Masallıda insan hüquq və azadlıqlarının pozulduğu üçün etiraz aksiyasına başlayırıq”.

M.Eynullayev qeyd etdi ki, Rafil Hüseynov rayonda dözülməz vəziyyət yaradıb: “Sahibkarları obyektlərini sökəcəyi ilə hədələyir. Hansı sahibkar pul verirsə, obyekto sökülmür, verməyəni qanunsuz adı ilə sökərək başqasına satır. Həmçinin, icra başçısı Masallının abadlıq, quruculuq işlərinə ayrılmış vəsaitləri mənimsəyərək özünə şəxsi biznes qurub. Ona məxsus asfalt və tikinti materialları istehsal edən zavod, çörək və şirniyyat sexi fəaliyyət göstərir”.

Masallının Ərkivan qəsəbə sakini Afər Cahangirov dedi ki, Masallıda dövlət büdcəsini mənimsəmək üçün hər vasitəyə əl atılır: “Ərkivan suyu hər yerdə məşhurdur. Amma yerli icra hakimiyyəti qəsəbəyə başqa ərazidən su xətti çəkir. Məqsəd dövlət büdcəsini mənimsəmək, talamaqdır. Qəsəbəyə kanalizasiya xətti çəkilməsi planlaşdırılıb, amma iş təlimata uyğun aparılmır. Ərkivana ensiz nəqliyyat yolu çəkildi. Onu da su xətti çəkərkən qazdılar”.

Şəmsəddin Mikayılov bildirdi ki, icra başçısı qəbula gələnləri icra hakimiyyətindən qovdurur: “Rafil Hüseynov qəbula gələn sakinlərə qacanc mənbəyi, müştəri kimi baxır. Əgər onun şikayəti icra başçısı üçün gəlir gətirmirsə, onu qəbul otağından qovur. İcra başçısı özünü firon kimi apararaq, bizimlə nökəri kimi davranır”.

Masallının Boradigah qəsəbəsi Asif Beəyverdiyev qeyd etdi ki, şəhər tipli qəsəbədə yolsuzluq, bağçasızlıq problemi var: “Boradihagın 1 və 2 nömrəli orta məktəbləri təmirsiz və təhsil üçün yararsız vəziyyətdədir. Problemimizdən biri də işıqsızlıqla bağlıdır. Ümumi olan problemlərimizlə bağlı icra başçısına müraciətlər olub. Təəssüflər olsun ki, müraciətlərimizlə bağlı hər hansı bir cavab almamışıq. Bizə hörmət edərək ünvanımımıza “məktubunuz qəbul olundu” da yazılıb göndərilmir”.
Asəf Əliyev rayonun Heydər Əliyev küçəsi 44 ünvanında yerləşən 36 mənzilli beşmərtəbəli yaşayış binasının həyətinin icra başçısı tərəfindən satıldığını dedi: “Bizim yaşadığımız bina 1979-cu ildə istismara verilib. O zaman qazanxanxası var idi, ev isti su ilə təmin olunurdu. Başçı qazanxananın və binanın həyətinin ərazisini satıb. Qazanxananın avadanlıqlarını da satıb. Təyinatı məlum olmayan tikinti işləri aparılır. Mən 4 dəfə icra başçısının qəbulunda olub, problemi onun diqqətinə çatdırdım. Rafil Hüseynov vəd verdi ki, orda tikinti işləri getməyəcək. Amma gedir”.

Masallıda kütləvi aclıq aksiyası başlayacaq
Masallıda kütləvi aclıq aksiyası başlayacaq
Masallıda kütləvi aclıq aksiyası başlayacaq
Masallıda kütləvi aclıq aksiyası başlayacaq
Masallıda kütləvi aclıq aksiyası başlayacaq

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *