Alimlər canlılarla qidalanan robotun prototipini yaradıblar
Bristol Universitetinin tədqiqatçıları canlı orqanizmləri udmaqla enerji alan yumşaq robotun prototipini yaradıblar.
Trend-in məlumatına görə, bu barədə Soft Robotics jurnalında elmi məqalə dərc olunub.
Qeyri-adi robot yumşaq polimer membran vasitəsilə suyu udmaq qabiliyyətinə malikdir.
Bundan sonra su olan biokütlə “bağırsağ”a düşür, burada bakteriyalar onu emal edərək, kimyəvi enerjini elektrik enerjisinə çevirirlər, tullantılar isə arxa açılışdan xaric olunur.
Mənbə:> Trend