Azərbaycana 350 ton zəhərli buğda göndərilməsinə cəhd olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Azərbaycana 350 ton zəhərli buğda göndərilməsinə cəhd olunub

Azərbaycana 350 ton zəhərli buğda göndərilməsinə cəhd olunub

Rusiyanın Stavropol diyarında Azərbaycana göndərilməsi planlaşdırılan 350 ton zəhərli buğda saxlanılıb.

Virtualaz.org Stavropol diyarının gömrük idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buğda keyfiyyətinin qiymətləndirilməsi mərkəzinin mütəxəssisləri fuzarioza yoluxmuş 5 vaqon buğda aşkar ediblər.

“Gömrük İttifaqının texniki reqlamenti üzrə norma 1%-dən az olsa da, buğda partiyasında zərərli qarışıqların payı 1,5-dən 3,5 faizə qədər olub”, - məlumatda bildirilir.

Bu səbəbdən buğda yükünə keyfiyyət sertifikatı verilməyib. Ümumi çəkisi 350 ton olan məhsul Azərbaycana göndəriləcəkdi.

Fuzarioz buğda – fuzarium növünə aid göbələklə zəhərlənmiş buğdadır. Bu cür buğdadan alınan un qida üçün yararsızdır. Fuzarioz buödadan alınan “sərxoş çörək” sərxoşluğa bənzər əlamətlərlə üzə çıxan zəhərlənməyə (fuzariotoksikoz) səbəb olur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Les charmes de Halloween sont ici, pandora pas cher la fa?on la plus simple de mesurer votre bracelet Pandora est de visiter une bijouterie et d'essayer différents bracelets de différentes tailles!

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *