Metroda siqaret çəkmək olarmı? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Metroda siqaret çəkmək olarmı? – VİDEO

Metroda siqaret çəkmək olarmı?


Hər gün metroda olarkən qatarın içərsini siqaret iyi bürüyür.

Adətən, avtobuslarda bu problemlə tez-tez qarşılaşırıq. Sərnişinlər sürücülərin siqaret çəkməsindən narazılıq edirlər. Bu dəfə isə sərnişinlər metroda analoji haldan, yəni maşinistin siqaret çəkməsindən şikayət ediblər. Bəs görəsən, buna icazə varmı?

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı sakini metrodakı maşinistlərin siqarət çəkərək sərnişinləri narahat etməsindən şikayətlənir.

Elşən Qasımovun sözlərinə görə, demək olar ki, hər gün metroda olarkən qatarın içərsini siqaret iyi bürüyür. Buna səbəb isə maşinistlərin qatarı idarə edə-edə siqaret çəkmələridir.

Şikayətçi həmçinin bildirib ki, adətən, avtobuslarda rast gəlinən bu problemlə qarşılaşarkən sürücü ilə danışıb, məsələni həll etmək olursa, metroda bu, mümkün deyil.

Məsələ ilə bağlı “Bakı Metropoliteni“”nin mövqeyini öyrəndik. Metropolitenin şöbə müdiri Nəsimi Paşayevin sözlərinə görə, qatarda maşinistlərin siqaret çəkməsinə icazə verilir. Çünki onlar bir neçə saat dayanmadan yerin altında olurlar və fasilə üçün heç bir yerə çıxa bilmirlər. Maşinistlər üçün qatarda siqaret çəkməyə xüsusi şərait yaradılıb. Təhlükəsizlik üçün isə bütün tədbirlər görülüb.


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *