Bakı metrosunda “qapı” problemi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakı metrosunda “qapı” problemi

Bakı metrosunda “qapı” problemi


Moskvada metrodan istifadə qaydalarında dəyişikliklər edilib.

Oxu.Az xəbər verir ki, qapıların bağlanmasına imkan verməyərək, qatarların hərəkətinə maneçilik törədən sərnişinlər cərimələnəcək. Qaydaları pozduqlarına görə onlar 1000 rubl ödəməli olacaqlar (18 AZN).

Bundan başqa, sərnişinlərə qapıların bağlanması barədə xəbərdarlıq edən işıq siqnalı yandıqdan sonra sərnişinlərə vaqona daxil olmaq qadağandır.

Bəs “Bakı Metropoliteni”ndə belə bir cərimənin tətbiqinə ehtiyac var?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, metroda sərnişin qatarın qapısını saxlayırsa bu, sadəcə qapının xarab olma ehtimalı ilə yanaşı, müəyyən qrafik ilə hərəkət edən qatarın gecikməsi, intervalın artması və nəticədə minlərlə insanın hüququnun pozulması deməkdir.

Şöbə rəisinin sözlərinə görə, sərnişinlər qatarın qapılarını saxladığı üçün inzibati məsuliyyət daşıyır:

“Metropolitendən istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət var. Ancaq bu işlə konkret hüquq-mühafizə orqanları, metropolitendə polis şöbəsinin əməkdaşları məşğul olurlar. Bizim polislərin işini yerinə yetirmək səlahiyyətimiz yoxdur”.

Nəsimi Paşayev qeyd edib ki, sərnişinlərin bu barədə maariflənməyə ehtiyacı var.

“Gün ərzində metrodan 700 000 insan istifadə edir. Yüzlərlə belə hal baş verə bilər. Fiziki olaraq bunun öhdəsindən gəlmək çətindir. Buna görə təbliğat, ictimai qınaq daha effektli olardı.

Məsələn, “Bakı Metropoliteni” QSC stansiyalarda bununla bağlı böyük lövhələr yerləşdirib.

İctimai qınaq da olarsa daha yaxşı olar”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən metroda vaqonlarda, stansiyada, platformada siqaret çəkməyə, vaqonların qapılarının açılıb-bağlanmasına mane olmağa, qatarı ləngitməyə, metropolitenin işçiləri üçün nəzərdə tutulmuş çəpərlənmiş ərazilərə daxil olmağa görə 50 manat cərimə nəzərdə tutulub. Bu cərimənin olmasına baxmayaraq sərnişinlər vaqonların qapılarının açılıb-bağlanmasına mane olurlar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *